...

Böyük Britaniya Rusiyaya məxsus LNG gəmilərinə dəniz xidmətlərini dayandıracaq

Dünya xəbərləri Materials 8 Fevral 2026 16:07 (UTC +04:00)
Böyük Britaniya Rusiyaya məxsus LNG gəmilərinə dəniz xidmətlərini dayandıracaq

Bakı. Trend:

Böyük Britaniya hökuməti 2026-cı ilin sonunadək Rusiyanın mayeləşdirilmiş təbii qazını (LNG) daşıyan gəmilərə dəniz xidmətlərinin göstərilməsini qadağan etməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə Birləşmiş Krallığın xarici işlər nazirinin müavini Stiven Dauti açıqlama verib.

Onun sözlərinə görə, 2025-ci ilin noyabrında Rusiya LNG-si ilə bağlı dəniz xidmətlərinə qadağa qoymaq niyyəti elan edilib. Məqsəd Rusiyanın LNG ixracında istifadə olunan Britaniya xidmətlərinə çıxışı məhdudlaşdırmaqdır. Dauti bildirib ki, bu tədbir cari il ərzində təqdim olunacaq və ilin sonuna doğru tam şəkildə qüvvəyə minəcək. Bu fikirlər Şotlandiya Milli Partiyasını təmsil edən İcmalar Palatasının deputatı Kris Lounun sualına yazılı cavabda yer alıb.

Nazir müavini əlavə edib ki, London artıq Rusiyadan LNG daşıyan 16 gəmi, eləcə də “Arktik LNG-2” layihəsi və Çində yerləşən “Beihai LNG” terminalı ilə bağlı sanksiyalar tətbiq edib. O, həmçinin xatırladıb ki, 2023-cü ildən etibarən Böyük Britaniyada Rusiya LNG-sinin idxalına qadağa qüvvədədir.

Xəbər lenti

Xəbər lenti