...

ABŞ-də universitetin yataqxanasında atışma – ölən və yaralanan var

Dünya xəbərləri Materials 13 Fevral 2026 10:55 (UTC +04:00)
ABŞ-də universitetin yataqxanasında atışma – ölən və yaralanan var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də Cənubi Karolina Universitetinin yataqxana kompleksində baş verən atışma nəticəsində 2 nəfər həlak olub, bir nəfər yaralanıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə universitetdən bildiriblər.

Universitet rəsmiləri hələ ki, silahlı insidentin təfərrüatlarını, qurbanların kimliyini və yaralının hazırkı durumu ilə bağlı məlumat vermir.

Baş verən insidentdən sonra Oreyncburqdakı kampus yerli vaxtla 20.15-də bağlanıb və dörd saat ərzində əraziyə daxil olmaq mümkün olmayıb. Hazırda hüquq mühafizə orqnaları əməkdaşları, o cümlədən müstəntiqlər kampus ərazisinə səfərbər olunub, həminin kampusun ətrafında gücləndirilmiş patrul həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti