Bakı. Trend:
ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi (DTN) qurumlarının maliyyələşdirilməsi ilə bağlı qanunvericilər razılığa gələ bilmədikdən sonra fəaliyyətini qismən dayandırıb.
Trend bu barədə ABŞ KİV-ə istinadən xəbər verir.
Qeyd olunur ki, “şatdaun” (maliyyələşmənin olmaması səbəbindən fəaliyyətin qismən və ya tam dayandırılması) DTN əməkdaşlarının 13 faizinin qeyri-müəyyən müddətə ödənişsiz məzuniyyətə göndərilməsinə səbəb olub. Onlar böhranlı vəziyyət həllini tapana qədər işlərini davam etdirə bilməyəcəklər.
Vəziyyət Konqresdə aparılan müzakirələr zamanı demokratların bir hissəsinin Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) fəaliyyəti ilə bağlı bir sıra insidentlərdən sonra sərt tələblər irəli sürməsi və bunun müqabilində qurumun maliyyələşdirilməsinin davam etdirilməsini şərt kimi qoyması səbəbindən yaranıb. Lakin senatorlar razılığa gələ bilməyiblər və nəticədə DTN-in qismən “şatdaun”u baş verib.
