...

İran prezidenti: Fələstin əraziləri tezliklə azad olunacaq

Dünya xəbərləri Materials 15 Aprel 2006 12:19 (UTC +04:00)

Bu gün İran prezidenti Mahmud Əhmədi Nejad İsrailin "ilk qasırğada uçacaq çürük ağac" olduğunu bəyan edib. "Hər nə olursa, sionistlərin rejimi məhvə məhkumdur ", Fələstin əraziləri isə "tezliklə azad olacaq". Trend in verdiyi məlumata görə, bu barədə M.Ə.Nejad Fələstin xalqının dəstəklənməsinə həsr olunmuş konfransın açılışında bildirib.

İran prezidenti eləcə də İsraili "bütün Yaxın Şərq üçün daimi təhlükə" adlandırıb və bu dövlətin mövcudluğu faktının özünün ərəb ölkələrinin ləyaqətini təhqir etdiyini bildirib. Bu barədə Associated Press məlumat yayıb.

Bundan əvvəl M.A.Nejad İsrail dövlətini "dünya xəritəsindən silməyi" təklif edib. Bu barədə "RBK" məlumat yayıb.

Xəbər lenti

Xəbər lenti