...

Rusiya Xarici İşlər Nazirliyi gürcü həmkaraları ilə danışaqları "qeyri-sadə" adlandırıb

Dünya xəbərləri Materials 19 Aprel 2006 18:26 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyinin saytında verilmiş məlumata əsasən, Rusiya xarici işlər nazirinin müavini Georgi Karasinin Gürcüstanın yüksək vəzifəli şəxsləri ilə daşınıqları zamanı ikitərəfli əlaqələrdə müəyyən çətinliklər aşkarlanıb.

Trend agentliyinin bildirdiyi kimi, bazar ertəsi G.Karasin Tbilisidə gürcü həmkarı Merab Antadze ilə danışıqlar aparıb və bundan əlavə Gürcüstanın xarici işlər naziri Gela Bujuaşvili ilə ayrıca görüşüb.

Danışıqlar zamanı tərəflər gürcü-abxaz və gürcü-osetin münaqişələrinin nizamlanması ilə bağlı vəziyyəti müzakirə ediblər.

G.Karasin Rusiyanın mövqeyinə toxunaraq bildirib ki, bu məsələdə mövcud və səməriliyi təsdiqlənmiş format çərçivəsində tədricən irəliləmək lazımdır. Sülh danışıqlarının geriləməsinə səbəb olacaq razılaşdırılmamış təşəbbüsün göstərilməsi arzuolunmazdır. Bu haqda "Praym-News" xəbər verir.

Xəbər lenti

Xəbər lenti