...

Tacikistan prezidenti Qazaxıstana səfərə hazırlaşır

Dünya xəbərləri Materials 25 Aprel 2006 15:10 (UTC +04:00)

Tacikistanın İqtisadiyyat Nazirliyi prezident Emomali Raxmonovun 2006-cı ilin may ayında Qazaxıstana planlaşdırılan rəsmi səfərinə hazırlıq işləri görür. Trend agentliyinin məlumatına əsasən, bu barədə Tacikistan İqtisadiyyat Nazirliyinin Xarici İqtisadi Ticari Siyasət Departamentinin rəisi Maxşulov bildirib.

"Tacikistanın Qazaxıstanla iş təcrübəsi var və ikitərəfli işgüzar əlaqələr nəinki hökumətlərarası komissiyalar səviyyəsində, həm də təsərrüfat subyektləri səviyyəsindədir. Hesab edirəm ki, bizim prezidentimizin Qazaxıstan Respublikasına səfəri bir çox problemləri həll etməyə imkan verəcək" - deyə Maxşulov qeyd edib. Bu barədə "APN-Kazaxstan" xəbər verir.

Xəbər lenti

Xəbər lenti