...

2006-cı ildə "LUKOYL Oversiz" qazax layihələrinə 300 milyon dollar investisiya qoymağı planlaşdırır

Dünya xəbərləri Materials 26 Aprel 2006 13:55 (UTC +04:00)

"LUKOYL Oversiz" ASC ("NK "LUKOYL" ASC-nin beynəlxalq layihələrinin operatoru) 2006-cı ildə qazax layihələrinə 300 milyon dollar investisiya qoymağı və respublikada 6 milyon ton neft hasil etməyi planlaşdırır.

Trend in məlumatına görə, bu barədə "LUKOYL Oversiz"in rəhbəri Andrey Kuzyayev mətbuat konfransında bəyan edib. O qeyd edib ki, Direktorlar Şurası bu gün "LUKOYL Oversiz"in Qazaxıstanda və Xəzər regionunda fəaliyyətini nəzərdən keçirib. Bu məsələ Qazaxıstan prezidenti Nursult an Nazarbayevlə görüşdə də müzakirə olunub.

A.Kuzyayevin sözlərinə görə, Qazaxıstan ərazisində işə başladığı müddət ərzində (təxminən 15 il) LUKOYL respublika ərazisində layihələrə 4 mlrd. dollardan artıq investisiya qoyub. Yaxın 5 il ərzində Qazaxıstan layihələrinə təqribən 1,5 mlrd dollar göndərmək planlaşdırılıb. 2010-cu ilə kimi şirkət Qazaxıstanda ildə 10 mln ton neft hasil etməyi planlaşdırır.

Qazaxıstan LUKOYLun fəaliyyətində strateji əhəmiyyətə malik regionlardan biridir və şirkət respublikada bütün mümkün aktivlərin alınmasını nəzərdə keçirir, eləcə də Qazaxıstandakı tender və hərraclarda iştirak etməyi planlaşdırır. Bu barədə "RBK" məlumat yayıb.

Xəbər lenti

Xəbər lenti