...

Tiflisdə məshəti türklərinin Gürcüstana qaytarılması məsələsinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Dünya xəbərləri Materials 27 Aprel 2006 12:13 (UTC +04:00)

Trend-i buradan izləyin

Aprelin 27-də Tiflisdə məshəti türklərinin Gürcüstana qaytarılması məsələsi ilə bağlı beynəlxalq konfrans keçiriləcək. Trend in xəbər verdiyi kimi, bu konfrans sonuncu mərhələ olacaq. Bundan sonra isə məshəti türklərinin 1944-cü ildə Stalin rejimi nəticəsində deportasiya olunduqları tarixi vətənlərinə qaytarılması prosesinə başlanacaq.

Konfrans milli azlıqların hüquqlarının qorunması üzrə Avropa Şurası Komissiyası və Gürcüstan hökuməti tərəfindən təşkil olunur. Foruma müxtəlif ölkələrdə yaşayan məshəti türkləri cəmiyyətlərinin nümayəndələri dəvət olunub. Burhanovun sözlərinə görə, elə həmin gün repatriasiya haqqında qanunun qəbul edilməsi gözlənilir.

Konfransda, həmçinin, məshəti türklərinin Gürcüstanın hansı regionlarına qaytarılması məsələsi də həll olunacaq. Bu barədə "Kavkaz-Press" xəbər verir.

Xəbər lenti

Xəbər lenti