...

Çində insanlar arasında "quş qripi" virusu ilə yeni xəstələnmə halı qeydə alınıb

Dünya xəbərləri Materials 28 Aprel 2006 12:40 (UTC +04:00)

Çində bir nəfərin öldürücü "quş qripi" virusu ilə yeni xəstələnmə halı qeydə alınıb. Trend in verdiyi məlumata görə, ÇXR-nın Səhiyyə Nazirliyi 8 yaşlı qızın "quş qripi" virusunun H5N1 ştammına yoluxduğunu təsdiqləyib. O, xəstəliyin yüksək hərarət və nəfəsalmanın çətinləşməsi simptomları ilə Sıçuan əyalətinin Suynin şəhərindəki xəstəxanaya çatdırılıb.

Ölkənin SN-nin məlumatına görə, qız xəstə quşlarla təmasda olub. Sıçuan əyalətinin hakimiyyəti xəstəliyin qarşısının alınması ilə bağlı addımlar atıblar.

Çində "quş qripi" xəstəliyinə yoluxanların sayı 18 nəfərə çatıb. Onlardan 12-si vəfat edib. Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Xəbər lenti

Xəbər lenti