...

Gürcüstan parlamentinin sədri müdafiə nazirinin əvəzinə üzr istəyib

Dünya xəbərləri Materials 4 May 2006 17:03 (UTC +04:00)

Gürcüstan parlamentinin sədri Nino Burcanadze ölkənin müdafiə naziri İrakli Okruaşvilinin Rusiyanın çaxır bazarı ilə bağlı dediyi sözlərə görə üzr istəyib.

O bildirib ki, nazir bu qədər emosional olmamalı idi. Trend in xəbər verdiyi kimi, spikerin sözlərinə görə, çoxlu miqdarda saxta gürcü çaxırı Rusiyaya Gürcüstandan deyil, elə RF-nin özündən daxil olur. "Moskva ətrafında və Tulada fəaliyyət göstərən zavodlarda şüşələrin nə ilə doldurulduğu məlum deyil",- deyə N.Burcanadze qeyd edib, bu barədə "Exo Moskvı" xəbər verir.

Xatırladaq ki, Gürcüstan telekanalanın efirində bu ölkənin müdafiə naziri gürcü çaxırının keyfiyyətindən danışaraq etiraf edib ki, bu çaxır istehsalçılarının əksəriyyəti "muxlej" üsulu ilə Rusiya bazarını zəbt etməyə və Avropada satılmayan çaxır gətirməyə çalışıb. İ.Okruaşvilinin sözlərinə görə, Rusiyada öz "çaxır"larını satmaq bu şəxslər üçün çətin deyildi. Belə ki, Rusiyada, bu ifadəyə görə üzr istəyirəm, hətta "nəcis" də satmaq mümkündür.

Xəbər lenti

Xəbər lenti