...

İran uranın zənginləşdirilməsi üzrə işləri sürətləndirib

Dünya xəbərləri Materials 8 May 2006 14:30 (UTC +04:00)

Trend in verdiyi məlumata görə, İran nəinki MAQATE-nin suallarını cavablandırmayıb, o həm də uranın zənginləşdirilməsi üzrə işləri sürətləndirib. Bu barədə Fransanın xarici işlər naziri Filipp Dust-Blazi La Figaro qəzetinə verdiyi müsahibəsində bildirib.

"Belə olan halda İranın yenidən danışıqlar stolu arxasına qayıtmasına nail olmaq üçün həm təklikdə, həm də Qərb ölkələrinin birgə qətiyyətli əhval-ruhiyyəsini əks etdirən cəld qərar qəbul edilməlidir", - deyə Fransanın XİN rəhbəri bildirib.

"Təhlükəsizlik Şurasının qətnaməsi MAQATE-nin nüfuzunun artmasına təsir göstərməli, uranın elmi məqsədlər üçün zənginləşdirilməsi ilə bağlı tələblərinə məcburi xarakter verməlidir", - deyə Filipp Dust-Blazi bildirib. Fransalı nazirin sözlərinə görə, İrana cavab vahid və ABŞ, Rusiya və Çinin mövqeləri ilə razılaşdırılmış olmalıdır. Bu məqsədlə TŞ növbəti mərhələdə İranın beynəlxalq ictimaiyyətin tələblərini yerinə yetirməyə razılaşmadığı halda, bu ölkəyə münasibətdə mümkün qərarı nəzərdən keçirməlidir.

"Əgər Tehran MAQATE-nin tələblərinə müsbət cavab verərsə, danışıqların bərpa olunması mümkünlüyü qalır. Biz problemin diplomatik həlli yolunun bu gün yeganə imkan olduğunu hesab etməkdə davam edirik", - deyə Fransanın xarici işlər naziri bildirib.

Xəbər lenti

Xəbər lenti