...

İran prezidenti: Biz BMT TŞ-nın sanksiyalarından qorxmuruq və danışıqlara hazırıq

Dünya xəbərləri Materials 11 May 2006 13:12 (UTC +04:00)

Cümə axşamı İran prezidenti Mahmud Əhmədinejad Qərb dövlətlərini Tehranın nüvə proqramı ilə bağlı ikili standartlar siyasəti yürütməkdə günahlandırıb.

Trend in verdiyi məlumata görə, mətbuat konfransında İranın BMT Təhlukəsizlik Şurasının sanksiyalar tətbiq etməsindən qorxmadığını və "böhranın həll olunması üçün istənilən ölkə ilə" danışıqlara hazır olduğunu bəyan edib. Bu barədə İTAR-TASS məlumat verib.

Lakin İran lideri belə danışıqların güc mövqeyindən aparılmalı olmadığını da qeyd edib. "Əgər sizi tələb olunanı danışmağa məcbur edirlərsə, siz bu tələbləri yerinə yetirərsinizmi? Biz yox", - deyə Əhmədinejad Avropa "üçlüyü"nün və ABŞ-ın İran problemi ilə bağlı mövqeyini şərh edərkən bildirib.

O, bir daha İranın nüvə proqramının dinc xarakter daşıdığını və hərbi məqsəd daşımadığını bəyan edib. "Onun nüvə silahı və ya digər hərbi məqsədlərlə bağlı heç bir əlaqəsi yoxdur ", - deyə İran prezidenti bildirib.

Bununla yanaşı, o nüvə cəbbəxanasına malik dövlətlərin onun ölkəsini nüvə enerjisi əldə etməsindən imtinaya məcbur etməsi cəhdlərini "gülünc" adlandırıb. Tehran öz maraqlarını müdafiə etməyə "qadirdir" -deyə Əhmədinejad əlavə edib. Bu barədə IBK.RU məlumat verib.

Xəbər lenti

Xəbər lenti