...

BMT-nin baş katibi ABŞ-la İran arasında birbaşa dialoqun vacibliyinə əmindir

Dünya xəbərləri Materials 11 May 2006 17:30 (UTC +04:00)

BMT-nin baş katibi Kofi Annan İranın nüvə probleminin diplomatik metodlar və Vaşinqtonla Tehran arasında birbaşa dialoqun qurulması vasitəsilə həlli vacibliyini bəyan edib.

"İRNA" agentliyinin məlumatına əsasən, Kofi Annan cümə axşamı Nyu-Yorkda jurnaliatlərlə söhbətində deyib ki, BMT Təhlükəsizlik Şurasının problemə ciddi yanaşmasını və bütün üzvlər üçün məqbul olan həll variantı axtarmasını bəyənir.

"Təhlükəsizlik Şurası İranın nüvə prorbleminə çox ciddi yanaşır və bütün üzvləri qane edən həll variantı tapmağa çalışır" - deyə BMT rəhbəri qeyd edib.

Trend agentliyinin məlumatına görə, K.Annan qeyd edib ki, məsələ ilə maraqlanan dövlətlər İrana birgə təkliflər paketi təqdim etmək niyyətindədir. O, həmçinin İranı məsələ ilə bağlı aqressiv mövqedən əl çəkməyə və müzakirələrə açıq olmağa çağırıb.

K.Annan əlavə edib ki, o, əvvəlki kimi diplomatik səylərin davam etdirilməsinin və ABŞ ilə İran arasında birbaşa dialoqun qurulmasının vacibliyinə əmindir. Bu barədə "IRNA" xəbər verib.

Xəbər lenti

Xəbər lenti