...

Corc Buş: ABŞ İranın nüvə problemini sülh yolu ilə həll etmək niyyətindədir

Dünya xəbərləri Materials 24 May 2006 12:40 (UTC +04:00)

ABŞ İranın nüvə probleminin sülh yolu ilə nizamlanması niyyətindədir. Bu fikri İsrailin baş naziri Ehud Olmertlə birgə keçirilmiş mətbuat konfransında ABŞ prezidenti Corc Buş bir daha təsdiqləyib. Trend in İTAR-TASS-a istinadən xəbər verdiyi kimi, bununla belə Vaşinqton administrasiyasının rəhbəri "Fikrinizcə, İranın nüvə proqramı hərb yolu ilə həll oluna bilərmi?" sualını cavablandırmayıb.

"Bizim əsas məqsədimiz bu problemi diplomatik vasitələrlə həll etməkdir", - deyə ABŞ lideri bildirib. O qeyd edib ki, dünya ictimaiyyətinin böyük hissəsi Tehranın nüvə silahı əldə etməsinə qarşı çıxır. "Bu mühümdür və biz məqsədimizə çatmaq üçün diplomatik cəbhə ilə işləyirik ", - deyə C.Buş qeyd edib.

Xəbər lenti

Xəbər lenti