...

Gürcüstan xarici işlər nazirinin müavini "ATƏT məkanında nəqliyyat" adlı forumda çıxış edib

Dünya xəbərləri Materials 24 May 2006 14:47 (UTC +04:00)

Mayın 22-24-də Praqada ATƏT-in təşəbbüsü çərçivəsində "ATƏT məkanında nəqliyyat: təhlükəsiz nəqliyyat şəbəkələri, regional iqtisadi əməkdaşlıq və sabitliyin gücləndirilməsi məqsədilə nəqliyyatın inkişafı" mövzusuna həsr olunmuş iqtisadi forum keçirilir. Bu barədə "Novosti-Qruziya"ya Gürcüstan XİN-dən məlumat verilib.

Trend in QruziyaOnline-yə istinadən xəbər verdiyi kimi, forumda Gürcüstan xarici işlər nazirinin müavini Georgi Mancqaladze çıxış edib. Öz çıxışında o, Gürcüstanda və bütövlükdə regionda nəqliyyatın və enerji şəbəkələrinin təhlükəsizliyi ilə bağlı ölkəsinin qərar və planlarından danışıb.

Xəbər lenti

Xəbər lenti