...

Qazaxıstanda neft hasilatının intensivləşdirilməsi məsələləri müzakirə ediləcək

Dünya xəbərləri Materials 30 May 2006 16:11 (UTC +04:00)

Qazaxıstan və beynəlxalq neft hasilatı şirkətləri nümayəndələri 2-ci beynəlxalq konfransda ölkədə neft hasilatının intensivləşdirilməsi üçün texnika və texnologiyaların inkişaf məsələlərini müzakirə edəcək. Trend agentliyinin xüsusi müxbiri Energetika və Mineral Ehtiyatlar Nazirliyi və "CBE Kazaxstan" şirkətinə istinadən xəbər verir ki, kornfrans iyunun 1-2-də Almatıda keçiriləcək.

Konfransda Qubkin adına Dövlət Universitetindən, neft üzrə bir sıra elmi-tədqiqat mərkəzlərindən tanınmış rus məruzəçilərinin iştirakı gözlənilir. Müzakirələr proqramına neft-qaz mədən geologiyasının aktual problemləri, bu problemlərin neft-qaz layihələrinin gerçəkləşdirilməsi zamanı həlli, dəniz yataqlarında neft hasilatının xüsusiyyətləri və digər məsələlərlə bağlı olacaq.

Xəbər lenti

Xəbər lenti