...

Google mobil gələcək barədə düşünür

Dünya xəbərləri Materials 13 İyun 2006 19:31 (UTC +04:00)

Əgər siz Google-nin nə olduğunu bilirsinizsə, o zaman az da olsa İnternet axtarışından istifadə edirsiniz.

Trend in BBC Russia istinadən verdiyi xəbərə görə, şirkət yalnız ümumdünya hörümçək toru ilə məhdudlaşmır. Artıq bir müddətdir ki, o, istifadəçilərin mobil qurğuları vasitəsilə xidmətin göstərilməsi üzərində işləyir.

Google mobil missiyasına rəhbərlik edən insan Dipçand Nişardır. O hesab edir ki, insanlar hərəkətdə olanda, onlar kompüter arxasında oturan şəxslərdən fərqli olaraq, Google-dən tamamilə başqa cavab gözləyirlər.

Məsələn, ev terminalının brauzerinə "film" sözünü yazır, tapılan siyahıda birinci İnternet Movie məlumat bazası görünür. "Əgər siz "film" sözünü mobil brauzerdə yazırsınızsa, o zaman siz yəqin ki, kinoya gedirsiniz", - deyə o əlavə edib.

"Axtarışa verilən eyni sorğu kontekstdən asılı olaraq müxtəlif nəticə verə bilər. Mobil qurğulardakı axtarış relevant saytları səhifələməyə deyil, məhz məlumatın əldə olunmasına yönəldilib. Bu kiçik formalı amildir: siz sistemdə üç saat oturacaqsınız. İnkişaf etmiş ölkələrdə insanların əksəriyyəti hər zaman genişzolaqlı internetdən və böyük ekrandan 20-30 dəqiqə yaxınlığında olurlar. Mobil qurğu ilə isə sən indi sənə lazım olanı tapmaq istəyirsən", -deyə Nişar bildirib.

Bu o deməkdir ki, Google-nin mühəndisləri iri həcmli məlumat götürməli və nəticələri, sorğu göndərən insanın oturmasından və ya ayaq üstə durmasından asılı olaraq, verməyə sistemi məcbur etməli olacaqlar.

Həm də başa düşmək laızmdır ki, mobil qurğular daha çox ev terminallarından fərdiləşdiriliblər. "Personal kompüter - birgə istifadə üçün qurğudur. Mobil telefonu isə mən heç kəsə vermərəm", -deyə o qeyd edib.

Bu gün Google-nin mobil cihazlar vasitəsilə istifadə etdiyimiz imkanları çox məhduddur. Məsələn, siz lazım olan saytı tapmaq üçün mobil telefonun brauzerindən istifadə edə bilərsiniz. Siz bunu personal kompüterdə də edirsiniz. Həmçinin şəkillərə baxmaq və xüsusi olaraq mobil telefonlar üçün yaradılmış saytlara baxmaq da olar.

Gmail-dəki poçtunuzu da oxuya bilərsiniz və mətn məlumatı vasitəsilə Google-də axtarış sorğusu verə bilərsiniz. Kaliforniyada mobil qurğulara Google-nin coğrafi xəritələrini də yükləmək olur.

Bir çoxları tərəfindən bu xidmətlərdən istifadə sizin telefonunuzda brauzerin olmasından xəbər verir. Dipçand Nişarın sözlərinə görə, dünyada mövcud olan iki mobil telefondan biri belə proqramlarla işləmək gücünə malikdir.

Google mədəniyyət müxtəlifliyindən öz xidmətlərini dünyanın hər yerində göstərə bilmir.

Məsələn, Nişar deyir ki, qısa mesajların göndərilməsi (SMS_ Avropa və Çində çox məşhurdur. Yaponiyada isə bu xidmətdən heç kim istifadə etmir. Onlar mobil telefonlar vasitəsilə elektron poçtdan fəal istifadə edir, həmçinin internertdə gəzməyi çox sevirlər.

Bundan başqa, bir çox ölkələrdə mobil telefonlar şəbəkəyə çıxmaq üçün mühüm vasitədir, çünki personal kompüterlə müqayisədə bu çox ucuzdur.

Nişarın sözlərinə görə, Çində mobil telefon kompüterdən üç dəfə çoxdur. Nigeriya kimi ölkələrdə isə elektrik təchizatında tez-tez baş verən fasilələr səbəbindən telefona üstünlük verirlər. "Elə ölkələr var ki, oradakı insanlarda kompüter heç vaxt olmayıb və olmayacaq", - deyə Google nümayəndəsi qeyd edib.

Wi-fi standartlı simsiz əlaqə vasitəsilə internet-telefoniyadan istifadə istiqamətindəki addımları bura əlavə etsək, o zaman anlamaq olar ki, nə üçün Google mobil istiqamətə bu qədər vaxt və güc sərf edir. "Vaxt keçdikcə, sistem daha yaxşı, sürətli, ucuz və rahat olacaq. Bu kanal böyük əhəmiyyət kəsb edir", - deyə Nişar vurğulayıb.

Xəbər lenti

Xəbər lenti