...

Özbəkistan prezidenti Qazaxıstana səfər edəcək

Dünya xəbərləri Materials 3 İyul 2006 17:24 (UTC +04:00)

Özbəkistan prezidenti İslam Kərimov cari ildə Qazaxıstana səfər etməyə hazır olduğunu bildirib. Bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Trend agentliyi "Kazakhstan Today"a istinadən xəbər verir ki, ötən həftənin ortalarında Daşkənddə Qazaxıstanın Özbəkistandakı yeni səfiri Əskər Mırzaxmetov İslam Kərimova etimadnaməsini təqdim edib.

"Mərasimdən sonra keçirilmiş danışıqlar zamanı Qazaxıstan-Özbəkistan əlaqələrinin durumu və perspektivləri, Qazaxıstan və Özbəkistan prezidentlərinin tapşırıqlarının gerçəkləşdirilməsinin vacibliyi müzakirə edilib" - deyə o qeyd edib.

Bundan əlavə, görüşdə imzalanmış və hazırlanmaış sənədlərin, o cümlədən, 2006-2010-cu illərdə iki ölkə arasında ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlıq proqramlarının vaxt baxımından münasibliyi qeyd olunub.

A. Mırzaxmetov Qazaxıstanın Özbəkistandakı fövqaladə və səlahiyyətli səfiri təyin olunub. Əvvəllər Qazaxıstanın Özbəkistandakı səfirliyinə Tleuxan Kabdraxmanov rəhbərlik edib.

Xəbər lenti

Xəbər lenti