...

Vladimir Putin MDB İcraiyyə Komitəsi haqqında əsasnamənin təsdiqlənməsi barədə protokolun ratifikasiyasına dair qanun imzalayıb

Dünya xəbərləri Materials 4 İyul 2006 17:28 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin "MDB-nin İcraiyyə Komitəsi haqqında əsasnamənin təsdiqlənməsi barədə protokolun ratifikasiyasına dair" federal qanun imzalayıb. Qanun Dövlət Duması tərəfindən 9 iyun 2006-cı ildə, Federasiya Şurası iərəfindən isə 23 iyun 2006-cı ildə qəbul edilib. Bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat verir.

Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, protokol 2000-ci il iyunun 21-də Moskvada MDB başçıları Şurasının iclasında (MDB İcra Katibliyi və iqtisadi birliyin dövlətlərarası iqtisadi komitə aparatının MDB-nin İcraiyyə Komitəsinə çevrilməsi ilə əlaqədar) imzalanıb. Müqavilə ilə MDB İcraiyyə Komitəsinin tərkibi, fəaliyyətinin əsas istiqamətləri və funksiyaları, MDB orqanlarının vəzifəli şəxslərinin hüquqi statusu və hamı tərəfindən qəbul olunmuş beynəlxalq təcrübəyə əsaslanan sosial zəmanətləri müəyyən olunur.

Xəbər lenti

Xəbər lenti