...

Qazaxıstan AB-nin Mərkəzi Asiya ölkələri üzrə strategiyasının hazırlanmasında fəal iştirak edir

Dünya xəbərləri Materials 14 İyul 2006 19:46 (UTC +04:00)

Qazaxıstan AB-nin Mərkəzi Asiya ölkələri üzrə strategiyasının hazırlanmasında fəal iştirak edir. Bu barədə, "Kazinform"un yaydığı məlumata əsasən, Qazaxıstana rəsmi səfər etmiş Almaniyanın xarici işlər üzrə dövlət naziri Gernot Erler Astanada mətbuat konfransında bildirib.

2007-ci ildə Almaniya Avropa Birliyinin sədri vəzifəsində Mərkəzi Asiya istiqamətini inkişaf etdirmək niyyətindədir. "Biz AB-nin Mərkəzi Asiya ölkələri üzrə yeni strategiyasını hazırlamaq və 2007-ci ilin birinci yarım ili ərzində qəbul etməyi qərara almışıq" - deyə G.Erler qeyd edib.

"Mən çox şadam ki, Qazaxıstan yeni siyasi konsepsiyasının hazırlanması ilə çox fəal məşğuldur. Biz artıq Qazaxıstan XİN-dən bu işə dair sənəd almışıq"- deyə o vurğulayıb. O deyib ki, bu məsələdə digər Mərkəzi Asiya ölkələri ilə də sıx əməkdaşlığa ümid edir.

Onun sözlərinə görə, bu strategiya Mərkəzi Asiyada sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi və regional əməkdaşlığın inkişafına yönəldiləcək. Bu sənədin hazırlanmasında Qazaxıstanın xarici işlər naziri Kasımjomart Tokayev Almaniya ilə əməkdaşlıq edir.

G.Erler deyib ki, oktyabrın 9-da Astanada AB ölkələrinin Mərkəzi Asiyada işləyən səfirlərinin görüşü keçiriləcək.

Trend xəbər verir ki, AB-nin Mərkəzi Asiya üzrə yeni strategiyasını müzakirə etmək planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti