...

Nursultan Nazarbayev: MDB-nin inkişaf strategiyası müasir dünyanın yeni tələblərinə uyğunlaşdırılmalıdır

Dünya xəbərləri Materials 14 İyul 2006 20:06 (UTC +04:00)

Mövcud olduğu 15 il ərzində MDB suveren respublikaların sivil təşəkkülü, hər birinin öz siyasi kursunu və iqtisadi inkişaf modeli seçməsi, eləcə də vətəndaş cəmiyyətinin formalaşdırılmasına köməklik missiyasını üzərinə götürüb. Bu barədə, Qazaxıstan prezidenti MDB Dövlət Başçıları Şurasının sədri Nursultan Nazarbayev "İTAR-TASS"a eksklüziv müsahibəsində bildirib.

"MDB çərçivəsində bir sıra əməkdaşlıq istiqamətlərinin uğurlu inkişafına və intensiv iqtisadi inkiaşfa olan böyük tələbata baxmayaraq, beynəlxalq saziş vəmüqavilələrdə göstərilmiş bir çox tədbirlər əslində tam yerinə yetirilmir. Bu hal MDB dövlət başçılarının təşkilatın orqanlarında islahatların aparılması vacibliyini anlamağa vadar edib.

"Birincinövbəli vəzifələr sırasında MDB-nin yeni inkişaf strategiyasının hazırlanmasıdır. Bu strategiyada MDB dövlətlərinin maraqları və tələbatları maksumum dərəcədə nəzərə alınmalı və müasir dünyanın tələblərinə uğunlaşdırılmalıdır. Səyləri humanitar və siyasi xarakterli, eləcə də yeni təhdidlərə qarşıdurma məsələlərinin həllində cəmləşdirmək lazımdır" - deyə N.Nazarbayev vurğulayıb.

"Böyük səkkizliy"in zirvə görüşü ərəfəsində Qazaxıstan prezidenti vurğulayıb ki, MDB də diqqətin universal problemlər üzərində cəmləşdirilməsi istiqamətində təkamül edir. O dünya ictimaiyyətinin diqqətini bəşəriyyətin qlobal problemlərinin həlli vacibliyinə yönəldib.

Xəbər lenti

Xəbər lenti