...

OPEK 2007-ci ildə dünyada neftə tələbatın azalacağını gözləyir

Dünya xəbərləri Materials 17 İyul 2006 16:30 (UTC +04:00)

2007-ci ildə dünyada neftə olan tələbat iqtisadi artımın ləngiməsi və neftin rekord qiyməti ilə əlaqədar 2006-cı illə müqayisədə zəif templərlə artacaq. Bu barədə bazar ertəsi Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) bildirib.

Trend in Reytersə istinadən xəbər verdiyi kimi, 2007-ci ildə neftə olan tələbat 2006-cı ildə sutkada 1,4 mln barel artımla müqayisədə 1,3 mln barel artacaq", - deyə OPEK-in hesabatında deyilir.

Eyni zamanda 2007-ci ildə OPEK neftinə tələbat sutkada 700.000 barel - 28,3 mln barelədək azalacaq.

"İnkişaf etməkdə olan ölkələrdə iqtisadi artım əvvəlki kimi orta səviyyədən yüksək templərlə gedəcək. Ancaq ABŞ iqtisadiyyatı ilə yaxından bağlı olan ölkələr risk altındadır", - deyə hesabatda deyilir.

"Neftə tələbat qismən zəif iqtisadi artım və neftin yüksək qiymətləri ilə əlaqədar 2006-cı illə müqayisədə azalacaq.

Xəbər lenti

Xəbər lenti