...

Türkmənistan Arçman kurortunun müasirləşdirilməsi çərçivəsində beynəlxalq tender keçirir

Dünya xəbərləri Materials 18 İyul 2006 16:16 (UTC +04:00)

"Turkmenistan.ru"nun yaydığı məlumata əsasən, Türkmənistanın Səhiyyə və Tibbi Sənaye Nazirliyi Arçmanda hidro-terapiya mərkəzi üçün tibbi avadanlıq və mebel tədarükü üzrə beynəlxalq tender elan edib.

Trend xəbər verir ki, Türkmənistanda ən tanınmış kurortlardan birin olan Arçmandın müasirləşdirilməsi vacibliyi ölkə vətəndaşları və xaricilər arasında onun populyarlığının arması ilə bağlıdır. Hidro-terapiya mərkəzinin inşa layihəsi hökumətin dəstəyilə həyata keçirilir. Bu məqsədlə OPEK-in Beynəlxalq İnkişaf Fondu tərəfindən ssuda ayrılıb.

Kurort zonalırı, terapiya və relaksasiya sənayesinin intensiv inkişafı "2020-ci ilədək Türkmənistanın siyasi, iqtisadi və mədəni inkişaf strategiyası"nın bir hissəsi olan "Sağlailıq" dövlət proqramı çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti