...

Moskva meri Suxumiyə birgünlük səfər edəcək

Dünya xəbərləri Materials 19 İyul 2006 14:31 (UTC +04:00)

Moskva meri Yuri Lujkov bu həftə Suxumiyə birgünlük səfər etmək niyyətindədir.

Tanınmamış Abxaziya Respublikasının hökumət informasiya idarəsinin rəisi Kristian Bjaniyanın Suxuminin "Ampsnıpress" informasiya agentliyinə verdiyi məlumata görə, Moskva merinin səfərində məqsəd Suxumi və Moskva arasında humanitar əməkdaşlığın genişləndirilməsinə şərait yaratmaqdan ibarətdir.

"Artıq Abxaziyada bir neçə müştərək müəssisə Moskva şirkətiləri ilə işləyir. Y.Lujkovun Suxumiyə səfəri çərçivəsində iqtisadi və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə mövzusu olacaq", - deyə K.Bjaniya qeyd edib.

Trend in Praym-Nyusa istinadən xəbər verdiyi kimi, o vurğulayıb ki, Moskva Suxumiyə "nəqliyyat və təhsil sahələrində, yolların inşasında əvəzsiz humanitar yardım edir".

Xəbər lenti

Xəbər lenti