...

Pentaqon ballistik raket buraxmağa hazırlaşır

Dünya xəbərləri Materials 19 İyul 2006 14:36 (UTC +04:00)

Bu gün Pentaqon "Minitmen-3" qitələrarası ballistik raketin hərbi-təlim buraxılışını həyata keçirməyi planlaşdırır.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata əsasən, Rusiya ABŞ-dan müvafiq xəbərdarlıq alıb. Amerika hərbi qurumu raketi Vandenberq raket poliqonundakı (Kaliforniya ştatı, ABŞ Hərbi Hava Qüvvələrinin bazası) qurğudan Kvacaleyn rayonundakı döyüş sahəsinə (Marşal adaları, Sakit okean) buraxmağı planlaşdırır. "Raketin ehtimal olunan uçuş məsafəsi təxminən 7 min km. təşkil edir" - deyə nazirliyin nümayəndəsi əlavə edib. Bu, 2006-cı ildə "Minitmen-3" raketinin ikinci buraxılışıdır.

Trend agentliyinin "Vzqlyad"a istinadən yaydığı məlumata əsasən, hazırda Pentaqonun "Minitmen-3" raketi üçün 500-dən çox buraxıcı qurğusu var. 475 qurğuda daimi növbə rejimi var. 31 may 1988-ci il tarixli ballistik raketlərin buraxılışı ilə əlaqədar xəbərdarlıq haqqında sazişə əsasən, xəbərdarlıq startdan ən azı 72 saat əvvəl olunur. Bu barədə "İTAR-TASS" xəbər verib.

Xəbər lenti

Xəbər lenti