...

Suriya kömək xahişilə Türkiyəyə müraciət edib

Dünya xəbərləri Materials 20 İyul 2006 19:03 (UTC +04:00)

Suriyanın dövlət başçısı Beşar Əsəd Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla telefon danışığında regionda İsrail bombardmanının qarşısının alınmasına kömək göstərmək xahişilə ona müraciət edib.

Türkiyənin "Yeni Şafak" qəzeti yazır ki, bu məsələ ilə əlaqədar R.T.Ərdoğan AB-də sədrlik edən Finlyandiyanın hökumət rəhbəri Van Xanenlə telefon əlaqəsi yaradıb. Trend in Türkiyədəki xüsusi müxbiri xəbər verir ki, baş nazir regiondakı vəziyyətin gərginləşməsilə bağlı narahatlığını bildirib və Süriya lideri B.Əsədin sözlərini çatdırıb.

V.Xanen qeyd edib ki, yaxın günlərdə AB regiondakı münaqişənin böyüməsinin qarşısının alınması istiqamətində addımlar atmaq niyyətindədir.

Suriyanın regiondakı münaqişənin böyüməsilə bağlı narahatlığı İsrail tərəfindən Suriya və İranın ünvanına səsləndirilən təhdiddən sonra daha da güclənib. İsrail bu dövlətləri Livandakı "Hizbullah" təşkilatına dəstək göstərməkdə gunahlandırır.

Xəbər lenti

Xəbər lenti