...

Yanukoviç hesab edir ki, prezident baş nazirin təyin olunması üçün namizədliyin verilməsini ləngidir

Dünya xəbərləri Materials 24 İyul 2006 17:27 (UTC +04:00)

Ukrayna prezidenti Viktor Yuşenko baş nazirin təyin olunması üçün namizədliyin verilməsini ləngidir. Bu barədə Regionlar partiyasının lideri Viktor Yanukoviç bu gün jurnalistlərə bildirib.

O qeyd edib ki, lazım gələrsə, prezidentlə görüşməyə hazırdır.

Trend in xüsusi müxbirinin verdiyi xəbərə görə, bundan başqa V.Yanukoviç Ali Radanın işləri yenə də iki həftə uzatmaq ehtimalını istisna etmir. Regionlar partiyasının lideri həmçinin Ukraynanın Konstitusiya məhkəməsi hakimlərinin seçilməsi haqqında məsələyə baş nazirin seçilməsindən sonra baxılmasını təkid edir.

Xəbər verildiyi kimi, öz növbəsində, Ukrayna Prezidenti Viktor Yuşenko Konstitusiya məhkəməsinin dərhal yaradılmasına, məhz dövlət başçısının və hakim qurultayının kvotası ilə təyin olunmuş KM hakimlərinin and içməsinə, həmçinin parlament kvotası ilə hakimlərin seçilməsinə təkid edir.

Xəbər lenti

Xəbər lenti