...

"Bizim Ukrayna" YTB-nın təşəbbüsünü dəstəkləməkdən imtina edir

Dünya xəbərləri Materials 24 İyul 2006 17:35 (UTC +04:00)

"Bizim Ukrayna" blokunun fraksiyasından olan deputatlar deputat səlahiyyətlərindən əl çəkmək, həmçinin Yuliya Timoşenko Blokunun təklif etdiyi kimi, fraksiyadan çıxış haqqında qərar qəbul etmək niyyətində deyil. Bu barədə bu gün junralistlərə "Bizim Ukrayna" blokunun fraksiyasından olan deputat Roman Zvarıç bildirib.

Eyni zamanda o qeyd edib ki, "Bizim Ukrayna" YTB-ni tərk etmək fikrində olan deputatları fraksiyaya qəbul etməyə hazırdır. Zvarıçın sözlərinə görə, deputatların fraksiyadan çıxışı deputat mandatının avtomatik itirilməsinə səbəb olmayacaq.

Trend in İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bu gün Yuliya Timoşenko Blokundakı deputatlar prezident Viktor Yuşenkonun Ali Radanı buraxacağına ümid edərək, parlament fraksiyasından çıxış haqqında sənəd imzalayıblar. YTB-dan 125 deputat sənədi imzalayıb. Bu zaman Radanın buraxılması üçün 450 deputatdan ən azı 151-nin fraksiyadan çıxmaq haqqında bəyanat verməsi tələb olunur.

Xəbər lenti

Xəbər lenti