...

Türkmənistan lideri kadr təyinatı barədə iki sənəd imzalayıb

Dünya xəbərləri Materials 27 İyul 2006 15:23 (UTC +04:00)

Saparmurat Niyazovun imzaladığı sərəncama əsasən, Türkmənistan Nazirlər Kabinetinin nəqliyyat üzrə sədr müavini, dəmir yolu nəqliyyatı naziri Orazberdi Xudayberdıyev eyni zamanda Türkmənistan Nəqliyyat və Rabitə İnstitutunun rektoru təyin olunub.

"Turkmenistan.ru" Türmənistan liderinin mətbuat xidmətinə istinadən xəbər verir ki, daha bir kadr dəyişikliyi Türkmənistan prezidenti yanında Dini İşlər üzrə Şuraya aiddir. Dövlət başçısının qərarı ilə Çarıgeldi Seryayev Şuranın sədri təyin olunub. O, prezidentin imzaladığı sərəncama əsasən bir ay bundan əvvəl pensiyaya çıxması ilə əlaqədar vəzifəsindən azad edilmiş Yaqşımırat Atamıradovu əvəz edəcək. Bu barədə Trend agentliyi xəbər verir.

Xəbər lenti

Xəbər lenti