...

Kodor dərəsindəki hadisələr təsadüfi deyil

Dünya xəbərləri Materials 28 İyul 2006 19:30 (UTC +04:00)

Prezident Mixail Saakaşvili bəyan edib ki, Kodor dərəsindəki hadisələr təsadüfi xarakter daşımır.

Mixail Saakaşvilinin xüsusi bəyanatında qeyd etdiyi kimi, "bu, Gürcüstanı qeyri-sabit ölkə kimi göstərməyə çalışan müəyyən qüvvələr tərəfindən həyata keçirilən planın bir hissəsidir. Onların son məqsədi isə Gürcüstanın güclü və müstəqil dövlət olmaması üçün ölkənin onlara sərfəli olmayan indiki rəhbərliyini dəyişməkdən ibarətdir".

Prezident həmçinin bildirib ki, "Kodordakı hadisələr Livandakı və ya Rusiyanın özündəki hadisələrdən fərqli olaraq, Rusiya KİV-ləri tərəfindən daha ətraflı şəkildə işıqlandırılıb".

Trend in Praym-Nyus-a istinadən xəbər verdiyi kimi, onun sözlərinə görə, "Gürcüstana iqtisadi embarqo elan ediblər. Çaxırımıza, sitrus və meyvələrimizə qadağa qoyaraq, ümid ediblər ki, bu, ölkə bölgələrinin əhalisini narazı qalacaq və etiraz əlaməti olaraq, küçələrə çıxaracaq. Əhalinin hökümət orqanlarını günahlandıracağına ümid edərək, bizim üçün energetika blokadası yaradıblar".

"Lakin əhali yaranmış vəziyyətdə çox böyük mərdlik, səbr və anlayış göstərdi", - deyə prezidet vurğulayıb.

Mixail Saakaşvili Kodorda polis əməliyyatının həyata keçirilməsindən danışarkən qeyd edib ki, hüquq-mühafizə orqanları "düzgün fəaliyyət göstəriblər".

Xəbər lenti

Xəbər lenti