...

Türkiyə Livanda hərbi əməliyyatlar dayandırıldıqda sülhməramlıların göndərilməsi haqqında təklifi müzakirə etməyə hazırdır

Dünya xəbərləri Materials 31 İyul 2006 20:57 (UTC +04:00)

Türkiyə Livanda hərbi əməliyyatlar dayandırıldıqda sülhməramlıların göndərilməsi haqqında təklifi müzakirə etməyə hazırdır. Bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Erdoğan "SNN" kanalına bildirib.

Trend in Ankaradakı xüsusi müxbiri bildirib ki, Livana sülhməramlı qüvvələrin göndərilməsi imkanını araşdırmaq üçün Nyu-Yorkda BMT-nin xəttilə təcili müşavirə çağırılır. BMT baş katibi Kofi Annanın adından bir sıra dövlətlərə, o cümlədən Türkiyəyə müvafiq dəvətnamələr göndərib.

Türkiyə diplomatik mənbələrinin fikrincə, həmin müşavirədə iştirak o demək deyil ki, Türkiyə dərhal regiona qüvvə göndərəcək. Bunun üçün BMT çərçivəsində beynəlxalq qərar, eləcə də Türkiyə parlamentinin qəbul etməli olduğu qanun layihəsi tələb olunur.

Türkiyə Konstitusiyasına əsasən, parlament ölkənin silahlı qüvvələrinin xarici dövlətlərə göndərilməsinə icazə verən instansiyadır.

Ankaraya səfər etmiş ABŞ XİN-in müşaviri Fil Zelikof Türkiyə Xarici İşlər Nazirliyinin rəsmilərindən Ali Tuyqanla görüş zamanı Türkiyə sülhməramlılarının Livanda yerləşdirilməsi ilə bağlı məsləhətləşmələr aparıb.

Xəbər lenti

Xəbər lenti