...

Türkmənistanın paytaxtında Asiya Olimpiya Şurası İcraiyyə Komitəsinin növbəti iclası açılıb

Dünya xəbərləri Materials 3 Avqust 2006 20:53 (UTC +04:00)

Aşğabadda Asiya Olimpiya Şurası İcraiyyə Komitəsinin 46-cı növbəti iclası açılıb. Burada Asiyada Olimpiya hərəkatının gələcək inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq.

Türkmənistan Milli Olimpiya Komitəsindən "Turkmenistan.ru"ya bildiriblər ki, forumun işində Asiya Olimpiya Şurasının prezidenti, Beynləxalq Olimpiya Komitəsinin üzvü şeyx Əhməd Əl Fəhad Əl-Sabahın başçılıq etdiyi Asiya Olimpiya Şurası rəhbərliyi iştirak edəcək.

Trend xəbər verir ki, iclas zamanı AOŞ komitələrinin rəhbərləri illik fəaliyyətlərinə və Asiya ölkələrinin idman əməkdaşlığı perspektivlərinə dair hesabat verəcək.

2006-cı ildə Milli Olimpiya Komitəsinin Baş Assambleyasında Türkmənistan Milli Olimpiya Komitəsinin sədri seçilmiş Türkmənistan prezidenti Saparmurat Niyazov iclas iştirakçılarına uğurlar arzulayıb və beynəlxalq olimpiya hərəkatının bütün dünya dövlətlərinin xeyri üçün gələcək inkişafına əmin olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti