...

XİN: Rusiya gələcəkdə BMT-nin Yerli Xalqların Hüquqları haqqında Bəyannaməsini dəstəkləyə bilər

Dünya xəbərləri Materials 8 Avqust 2006 17:54 (UTC +04:00)

Rusiya gələcəkdə daxili qanunvericiliyinə düzəliş etdikdən sonra BMT-nin Yerli Xalqların Hüquqları haqqında Bəyannaməsini dəstəkləyə bilər. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mixail Kamınin bəyan edib.

"Müvafiq şərait yaradıldıqda, misal üçün, daxili qanunvericiliyə düzəlişlər edildikdə, Rusiya bu sənədi dəstəkləyə bilər" - deyə M.Kamınin avqustun 9-da qeyd olunan Dünyanın Yerli Xalqlarının Beynəlxalq Günü ərəfəsində jurnalistlərə bildirib. Bəyanatın mətni Rusiya XİN-in saytında yerləşdirilib. Bu barədə Trend "İnterfaks"a istinadən xəbər verir.

Xəbər lenti

Xəbər lenti