...

Almatıda Rusiyanın Həmvətənlərin Xaricdən Köçürülməsinə Yardım üzrə Dövlət proqramı müzakirə olunacaq

Dünya xəbərləri Materials 9 Avqust 2006 17:35 (UTC +04:00)

Rusiyanın Həmvətənlərin Könüllü Olaraq Xaricdən Köçürülməsinə Yardım üzrə Dövlət Proqramı və qazaxıstanlıların bu layihədə iştirakı avqustun 11-də Almatıda keçiriləcək xüsusi konfransda müzakirə olunacaq. Bu barədə "Kazinform" tədbirin təşkilatçısı olan Qazaxıstanın rus icmasına istinadən xəbər verib.

Trend agentliyinin məlumatına əsasən, konfransda rus, slavyan və qazax ictimai təşkilatları və dövlət orqanlarının nümayəndələri, o cümlədən Rusiya səfirliyinin əməkdaşları iştirak edəcək.

Məlum olduğu kimi, həmvətənlərin Rusiyaya qaytarılması proqramı bu il iyunun sonunda təsdiqlənib. Proqram iştirakçılarının köçmə zamanı çəkdikləri xərclərin kompensasiya edilməsinə hüququ var. Onlara həmçinin işə düzəlməkdə yardım göstəriləcək və işsizlərə müavinət ödəniləcək. Rusiya ekspertlərinin fikrincə, proqramın əsas iştirakçıları Baltikyanı və Mərkəzi Asiya ölkələrindən olan şəxslərdir. V.Putinin təşəbbüsü Rusiyada aşağı doğum və yüksək ölüm faizi ilə bağlı demoqrafik problemlərin həllinə yönəldilib. Proqram 6 ilə (2006-2012-ci illər) nəzərdə tutulub.

2005-ci ilin göstəricilərinə əsasən, Qazaxıstanda təxminən 4 mln. rus yaşayır. Son 15 il ərzində onların sayı 3 dəfə azalıb. Qazaxıstan rusları təkcə tarixi vətənə deyil, həm də uzaq xaricə gedir.

Xəbər lenti

Xəbər lenti