...

Gürcüstan ABŞ-dan dörd konteyner humanitar yardım alacaq

Dünya xəbərləri Materials 10 Avqust 2006 18:55 (UTC +04:00)

Gürcüstan ABŞ-dan dörd konteyner humanitar yardım alacaq. Gürcüstanın baş nazirinin müavini Temur Kurxulinin bu günkü görüş zamanı xəbər verdiyi kimi, on illər ərzində Amerika ilə əməkdaşlıq zamanı Gürcüstan dərman, xəstəxanalar üçün aparatlar, geyim və müxətlif qida məhsulları şəklində yarımmilyard dollar məbləğində humanitar yardım alıb.

"Biz Gürcüstanda iri həcmli humanitar yardım proqramını həyata keçirəcəyik, onun üzərində beş təşkilat işləyir. Proqram əsasən Abxaziyadan olan qaçqınlar və sosial cəhətdən müdafiə edilməyən vətəndaşlar üçün nəzərdə tutulub", - deyə ABŞ-ın dövlət katibinin köməkçisi, Avropa və Asiya ölkələrində sosial yardım koordinatoru Cerard Oberdolfer xəbər verib.

Trend in Kavkaz-press-ə istinadən verdiyi xəbərə görə, pulsuz yeməkxanalar üçün qida məhsullarının olduğu dörd konteyner bir aydan sonra Gürcüstana çatacaq. Yükün alınması haqqında saziş bu gün Kurxuli və Oberdolfer tərəfindən imzalanıb.

Xəbər lenti

Xəbər lenti