...

Türkmənistanda 1500 km-lik Türkmənbaşı-Farap avtomobil magistralı çəkiləcək

Dünya xəbərləri Materials 11 Avqust 2006 16:21 (UTC +04:00)

"Turkmenistan.ru" xəbər verir ki, bu barədə ölkə prezidenti Saparmurat Niyazov Nazirlər Kabinetinin bu günlərdə keçirilmiş iclasında bildirib. Dövlət başçısının sözlərinə görə, 1500 km-lik yeni yol bütün dünya standartlarına cavab verəcək. I texniki kateqoriyanın tələblərinə uyğun olacaq magistralda ayırıcı zolaq olacaq, eni isə hər istiqamətdə 12,25 metr təşkil edəcək. Marşrut boyu müasir körpülər inşa olunacaq. Yolun tikintisi təxminən 2 il davam edəcək.

Trend xəbər verir ki, S.Niyazov baş nazir, dəmir yolu nəqliyyatı naziri Orazberdı Xudayberdıyevə KAMAZ FTC.Corp. şirkətilə 23 mln. 100 min dollar həcmində 15 min tonluq "KAMAZ-65115-018-13v" markalı özüboşaldan maşınların və ehtiyat hissələrin alqısı haqqında müqavilə imzalamağı tapşırıb.

Dövlət başçısı həmçinin Almaniyanın Wirtgen International GmbH 5 şirkətindən 10 mln. 475 min avro həcmində istehsal gücü saatda 160 ton olan asfalt qarışdıran qurğular və ehtiyatlar, 5 laboratoriya və 2 dizel generatoru almaq tapşırığı da verib.

Xəbər lenti

Xəbər lenti