Türkiyə Respublikasının xarici işlər naziri Abdulla Gül 2006- cı ilin sonunadək Gürcüstana səfər edəcək. Bu qərar Gürcüstan və Türkiyə XİN başçılarının telefon danışığı zamanı qəbul olunub.
Gürcüstan XİN-in informasiya və mətbuat departamentinin xəbər verdiyi kimi, söhbət gürcü tərəfinin təşəbbüsü ilə avqustun 15-də baş tutub.
Trend in xəbər verdiyi kimi, məlumata əsasən, Gürcüstanın XİN başçısı Qela Bejuaşvili Abastumani kurortuna bitişik ərazidə - Adiqen rayonundakı yanğının lokallaşdırılmasında Gürcüstana göstərdiyi köməyə görə Türkiyə rəhbərliyinə öz minnətdarlığını bildirib.
"Türkiyənin XİN başçısı qeyd edib ki, bu yardım Türkiyə ilə dostluq münasibətlərində olan ölkəyə qarşı məntiqi addımdır", - deyə Gürcüstanın XİN departamentinin məlumatında qeyd olunub.