...

Vardan Oskanyan: Yaxın günlərdə Ermənistan və Azərbacan XİN başçılarının görüşü keçiriləcək

Dünya xəbərləri Materials 21 Avqust 2006 13:44 (UTC +04:00)

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan XİN başçıları Vardan Oskanyan və Elmar Məmmədyarov arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair növbəti görüş keçiriləcək.

Bu barədə avqustun 21-də İrəvanda keçirilmiş mətbuat konfransında Ermənistanın xarici işlər naziri V.Oskanyan bəyan edib.

"Bu görüş barədə çox danışılır. Ancaq indi müəyyən bir fikir deyə bilmərəm. Görüşün keçirilmə tarixi və yerinə dair danışıqlar aparılır", - deyə o bildirib.

Trend in Novosti-Armeniya-ya istinadən xəbər verdiyi kimi, V.Oskanyan qeyd edib ki, əlavə məlumat əldə olunan kimi bu barədə mətbuata çatdırılacaq.

Ermənistan və Azərbaycan XİN başçıları arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair danışıqlar sonuncu dəfə iyunun 13-də Parisdə keçirilib.

Tərəflər danışıqlar masası üzərində olan və fikir ayrılığının mövcud olduğu prinsip və yanaşmaları müzakirə edib. Hər iki tərəfin mövqeyinin yaxınlaşdırılmasına yönəldilmiş danışıqların davam etdirilməsinə dair razılaşma əldə olunub.

Xəbər lenti

Xəbər lenti