...

Qazaxıstanın "Manqistaumunayqaz" SC bu il neft hasilatını artırmaq fikrindədir

Dünya xəbərləri Materials 30 Avqust 2006 11:28 (UTC +04:00)

"Manqistaumunayqaz" SC bu il, ötən ilə nisbətən neft hasilatını 100 min ton artırmaq fikrindədir. Bu barədə SC-nin baş direktoru Saqın Krımkulov Trend in Qazaxıstandakı xüsusi müxbirinə eksklüziv olaraq bildirib.

"Ötən il hasilat həcmi 5,66 mln. ton neft təşkil edib, bu il biz 5,76 mln. tona qədər neft hasil etmək niyyətindəyik", - deyə Kırmkulov dəqiqləşdirib. Şirkət 8 ay ərzində 3,87 mln. ton neft hasil edə bilib.

"Məqsədimiz 2008-ci ilədək hasilatı 6 mln. tona çatdırmaqdır", - deyə baş direktor qeyd edib.

Krımkulovun sözlərinə görə, "Manqistaumunayqaz" yeni metodları tətbiq etməklə, hasilat həcminin artırılmasına nail ola bilib. "750 quyuda yeni metod tətbiq olunduqdan sonra son illər ərzində hasilat 2 mln. ton artıb", - deyə o bildirib.

"Manqistaumunayqaz" 15 yataqda işləyir. Onlardan ən böyükləri "Kalamkas" (ildə 4 milyon ton) və "Jetıbay"dır (ildə 1,5 milyon ton).

Xəbər lenti

Xəbər lenti