...

Marneuli Dövlət əmlakının idarə olunması üzrə şöbənin rəisi saxlanılıb

Dünya xəbərləri Materials 31 Avqust 2006 18:53 (UTC +04:00)

Marneuli (Şərqi Gürcüstan) Dövlət əmlakının idarə olunması üzrə şöbənin rəisi Zurab Sxirtladze saxlanılıb. Bu barədə avqustun 31-də "Mze" teleşirkəti xəbər verib.

Trend xəbər verir ki, hələ bunun səbəbi məlum deyil. Şöbədə maliyyə fırıldaqları səbəbi ilə saxlanma ehtimalı istisna edilir, çünki Gürcüstanın Nəzarət Palatası bir neçə gün bundan əvvəl strukturun yoxlamasını başa çatdırıb və şübhəli heç nə aşkar etməyib.

Xəbər lenti

Xəbər lenti