Avrasiya dövlətlərinin iş adamları 2006-cı il sentyabrın 10-dan 21-ə qədər İstanbulun "Lütfi Kırdar" sərgi mərkəzində keçiriləcək "Türkiyə -Avrasiya xarici ticarət körpüsü" forumunda iştirak edə bilərlər.
"Novosti-Moldova" agentliyi xəbər verir ki, forum Türkiyənin "Tuskon" İş adamları Konfederasiyası tərəfindən təşkil olunub. Tədbirin məqsədi - ikitərəfli işgüzar əlaqələrin qurulması və inkişafı, Türkiyə və Avrasiya dövlətlərinin problemləri və əməkdaşlıq potensialının müzakirəsindən ibarətdir.