...

Türkiyədə Ermənistan hökümətinin birinci başçısının kitabı türk və rus dillərinə tərcümə olunub

Dünya xəbərləri Materials 12 Sentyabr 2006 11:52 (UTC +04:00)

Türk Hava Qurumunda (Türk Hava Kurumu - THK) ilk dəfə Ermənistan hökümətinin birinci başçısı Ovanes Kazançuninin kitabının türk və rus dillərində tərcüməsi nəşr olunub.

Trend in Ankaradakı xüsusi müxbiri xəbər verir ki, kitabda sənədlər, eləcə də O.Kazançuninin "Daşnaqsütun" partiyasının 1923-cü ildə Buxarestdə təşkil etdiyi konfransa ünvanladığı "erməni soyqırımı" probleminə dair arayış yer alıb.

Ermənistanın o vaxtkı hökümət başçısı tərəfindən imzalanmış 128 səhifədən ibarət sənəddə erməni soyqırımı probleminin uydurma olduğunu və tarixi həqiqətdən uzaq olduğunu təsdiq edən çoxlu sayda faktlar var.

Bununla yanaşı, ermənilərin Osman İmperiyasına xəyanətini təsdiq edən dəlillər göstərilib. O cümlədən, ermənilərin Osman İmperiyasına qarşı məqsədyönlü təxribatçılıq fəaliyyətinin, terror təşkilatlarının yaradılması və ölkənin dinc türk əhalisinə qarşı zorakılığın tətbiq olunma faktları göstərilib. Qeyd olunub ki, Türkiyə ermənilərinin fəaliyyətinin əsasında "dənizdən dənizə" uydurma Ermənistanın yaradılması üzrə planlar dururdu.

Türkiyə tarix cəmiyyətinin direktorunun fikrincə, kitabın nəşri uydurma erməni təbliğatının, erməni soyqırımının ifşa edilməsinə yardım edəcək. Onun sözlərinə görə, O.Kazançuninin sənədi Türkiyə ermənilərinin o vaxtkı məqsədlərini real surətdə əks etdirir və "əsl həqiqətdir".

Xəbər lenti

Xəbər lenti