...

Gürcüstanın müdafiə naziri: Gürcüstan və ABŞ 2007-ci il üçün yeni hərbi əməkdaşlıq proqramını hazırlayır

Dünya xəbərləri Materials 12 Sentyabr 2006 16:45 (UTC +04:00)

Pentaqon nümayəndə heyəti ilə məsləhətləşmələr zamanı 2007-ci il üçün Gürcüstan-Amerika hərbi əməkdaşlıq proqramı işlənib hazırlanacaq. Bu barədə bu gün jurnalistlərə Gürcüstanın müdafiə naziri İrakli Okruaşvili bəyan edib.

Trend in "Kavkaz-press"ə istinadən xəbər verdiyi kimi, nazirin sözlərinə görə, 13 nəfərdən ibarət Pentaqon nümayəndə heyətinin gürcü həmkarları ilə görüşləri keçirilir və onlar sabah başa çatacaq.

"Amerika tərəfi Gürcüstanda həyata keçirilən birgə proqramların uğurlu olduğunu qeyd edir. Belə ki, xüsusi təyinatlıların hazırlanması proqramı və s. ilə bağlı 2001-ci ildən bəri heç bir problem olmayıb", - deyə nazir bildirib. O vurğulayıb ki, yeni proqram əməkdaşlığın yeni mərhələsi olacaq.

Xəbər lenti

Xəbər lenti