...

Çernoqoriya Ümumdünya Səhiyyə Təşkilatına qoşulub

Dünya xəbərləri Materials 15 Sentyabr 2006 17:55 (UTC +04:00)

Çernoqoriya Ümumdünya Səhiyyə Təşkilatına qoşulmaqla qurumun 193-cu üzvü olub. Bu barədə "Associated Press" rəsmi mənbələrə istinadən xəbər verir.

Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, Çernoqoriya 2006-cı ilin iyunun 3-də ölkə parlamentinin müvafiq qətnamə qəbul etməsindən sonra siyasi müstəqillik əldə edib. İlk parlament seçkiləri Çernoqoriyada 2006-cı ilin sentyabrın 10-da keçirilib. Seçkilərdə hazırki baş nazir Milo Cukanoviçin başçılıq etdiyi "Avropa Çernoqoriyası uğrunda" hakim koalisiya qalib gəlib.

Buna qədər isə, 2006-cı ilin mayın 21-də referendumda 55%-dən çox çernoqoriyalı respublikanın Serbiya ilə ittifaqdan çıxmasının lehinə səs verib. Bu ilin iyunun 28-də Çernoqoriya rəsmi olaraq BMT-nin 192-ci üzvü olub.

Xəbər lenti

Xəbər lenti