...

İKT başçısı islam haqqında təhqiramiz fikirlər söyləmiş Roma Papasını əfv edib

Dünya xəbərləri Materials 20 Sentyabr 2006 10:57 (UTC +04:00)

Bundan sonra islam haqqında müsəlmanların heysiyyatına toxunacaq fikirlər söylənilməməlidir. Malayziyanın baş naziri, eyni zamanda İslam Konfransı Təşkilatına rəhbərlik edən Abdulla Əhməd Bədəvi Roma Papası XII Benediktin üzrxahlığını bu şərtlə qəbul edib. Bu barədə Bədəvi jurnalistlərə ABŞ prezidenti Corc Buşla görüşdən sonra BMT Baş Assambleyasının kuluarında bəyan edib. Bu barədə Trend İTAR-TASS-a istinadən xəbər verir.

Roma katolik kilsəsinin başçısı bildirib ki, bu yaxınlarda onun Bizans imperatorunun "islam dünyaya yaxşı heç nə gətirməyib" və "Məhəmməd peyğəmbər tərəfindən zorakılıqla yayılıb" fikirlərini sitat gətirməsinin müsəlmanlarda mənfi reaksiya doğurmasından təəssüflənir.

Ancaq bundan sonra da Kuala-Lumpur Papadan "tövbə etməyi və təhqiramiz sözlərini geri götürməyi" tələb edib.

Xəbər lenti

Xəbər lenti