...

"Karakudık" yatağının mənimsənilməsinə 200 mln. ABŞ dollarından artıq sərmayə qoyuluşu planlaşdırılır

Dünya xəbərləri Materials 20 Sentyabr 2006 18:40 (UTC +04:00)

20 il ərzində Manqistau vilayətindəki "Karakudık" yatağının mənimsənilməsi və istismarına 200 milyon dollardan artıq sərmayə qoyuluşu planlaşdırılır. Bu barədə Trend iq Astanadakı xüsusi müxbiri Xabar telekanalına istinadən məlumat verir.

Struktur Aktaunun 365 km şimal-şərqində yerləşir. 2008-ci ilin sonunadək bu ərazidə təxminən 12 yeni quyunun qazıntısı nəzərdə tutulub və bu, neftin hasilat həcminin xeyli artmasına səbəb olacaq.

Hazırda yatağın fəaliyyətdə olan istismar fondu 59 quyudan ibarətdir. Bundan əlavə, neftin hazırlığının mərkəzi məntəqə layihəsi də hazırlanır və o da qazdan tam istifadə məqsədi ilə qazın yığılması üçün nəzərdə tutulub.

İlin sonunadək "Karakudık" yatağında 4 milyon bareldən artıq neft hasil olunacaq və bu, ötən ilki göstəricidən 17 faiz çoxdur. Yatağın ehtiyatları 30 milyon barel neft həcmində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti