Türkiyənin cənub-şərqində kimya zavodunda baş vermiş yanğın nəticəsində 2 nəfər həlak olub, 35 nəfər yaralanıb. Yerli KİV-in məlumatına görə, GAP Cleaning and Chemical şirkətinə məxsus müəssisədə naməlum səbəblərdən güclü partlayış baş verib ki, bu da yanğınla nəticələnib.
Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, hadisə yerinə gəlmiş yanğınsöndürmə qrupu yanğını yalnız 4 saatdan sonra söndürə bilib. Yanğınla bağlı əlavə məlumat verilmir. Hadisənin baş vermə səbəbləri araşdırılır. Bu barədə (C) Associated Press xəbər verir.