...

Qırğızıstan prezidenti Bakiyev xalqa ilk müraciətini edəcək

Dünya xəbərləri Materials 28 Sentyabr 2006 18:11 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, cümə axşamı Qırğızıstan prezidenti Kurmanbek Bakiyev xalqa və ölkə parlamentinə ilk müraciətini edəcək.

Qırğızıstanın dövlət başçısı administrasiyasından "RİA Novosti"yə verilən məlumata görə, ölkədəki hazırki durum, yaxın illər üçün respublikanın sosial-iqtisadi inkişafının başlıca vəzifələri müraciətdə öz əksini tapıb. Bundan başqa, Bakiyev qarşıdakı 15 il üçün dövlətin perspektiv məqsədlərini müəyyən etmək niyyətindədir.

K.Bakiyev 2005-ci ilin martında "zanbaq" inqilabı nəticəsində hakimiyyətə gəlib. O vaxt ölkənin ilk prezidenti Əsgər Akayev ailəsi ilə birgə xaricə qaçmışdı. Həmin ilin iyul ayında Bakiyev əsas rəqibi olan Feliks Kulovla siyasi tandem yaradaraq, prezident seçkilərində əsaslı qələbə qazanıb.

Xəbər lenti

Xəbər lenti