...

Fransalı tarixçi etiraz əlaməti olaraq Türkiyə vətəndaşlığını qəbul etmək niyyətindədir

Dünya xəbərləri Materials 11 Oktyabr 2006 11:41 (UTC +04:00)

Fransalı tarixçi Jan-Mişel Tibauks "ermənilərin soyqırımı"nı tanımayan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında qanun layihəsinə ölkə parlamenti tərəfindən təkrar baxılmasına etiraz olaraq Türkiyə vətəndaşlığını qəbul etmək üçün rəsmən müraciət edib.

Trend in Ankaradakı xüsusi müxbirinin məlumatına görə, hazırda fransalı alimin yazılı müraciəti Türkiyə Milli Məclisinin Xarici Siyasət Məsələləri Komissiyasında baxılır. Komissiyaya parlamentin deputatı Mehmet Dülgər rəhbərlik edir.

Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan fransalı alimin cəsarətli addımından xəbər tutaraq müvafiq qurumlara onun xahişinə baxmaq göstərişi verib.

Türkiyəli alimlərə müraciətində Jan-Mişel Tibauks qeyd edir ki, öz hərəkətini Fransanın Türkiyəyə münasibətdə istifadə etdiyi şantaj siyasətinə qarşı üsyan kimi qiymətləndirir. Alimin fikrincə, bu, erməni seçicilərin səsini qazanmaq məqsədi güdən ucuz daxili siyasətin xeyrinə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti