...

ABŞ-ın terrorla mübarizə üzrə xüsusi nümayəndəsi Ankaraya gəlir

Dünya xəbərləri Materials 11 Oktyabr 2006 11:54 (UTC +04:00)

ABŞ administrasiyasının terrorla mübarizə üzrə xüsusi nümayəndəsi, ordu generalı Cozep Raltsonun Ankaraya gəlişi gözlənilir.

Trend in Ankaradakı xüsusi müxbirinin məlumatına görə, ikigünlük səfər zamanı o, Türkiyənin terrorla mübarizə üzrə əlaqələndiricisi, ordu generalı Edip Başerlə danışıqlar aparmalıdır. Onun, həmçinin, Türkiyə hökumətini başçısı Rəcəb Tayib Ərdoğan və xarici işlər nazirinin müavini Əli Tuyqanla görüşləri planlaşdırılıb.

Yerli icmalçıların məlumatına görə, ABŞ administrasiyası nümayəndəsinin Ankarayə səfəri zamanı danışıqların əsas mövzusu İraqda Kürd Fəhlə Partiyası döyüşçülərinin fəaliyyətinin qarşısının alınması üzrə tədbirlərin görülməsi ilə bağlı olacaq.

Gələcəkdə PKK döyüşçüləri ilə mübarizə yollarına dair danışıqlar prosesinə İraq hökuməti nümayəndələrinin də cəlb olunacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti